Saatlıda 50 yaşlı kişi qətlə yetirilib.
Manset.az Milli.az-a istinadən xəbər verir ki, bu barədə Saatlı rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, martın 22-də Saatlı rayonu Fətəlikənd kənd sakini 1976-cı il təvəllüdlü Rövşən Abdullayevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla 1977-ci il təvəllüdlü Rizvan Söhbətovun Rövşən Abdullayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, R.Söhbətov prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.