Bəzi ərazilərə qar yağır - Faktiki hava

17:23 - 27 Mart 2026

Bəzi ərazilərə qar yağır - Faktiki hava

Martın 27-si saat 17:00-a olan faktiki hava açıqlanıb.


Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən məlumata görə,hazırda ölkə ərazisində intensiv xarakterli yağıntılı hava şəraiti davam edir, dağlıq ərazilərə-Kəlbəcər, Laçın, Şahdağ, Xınalıq və Qrıza isə qar yağır.

    Hazırda Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı 40 mm qeydə alınır ki, bu da aylıq normanın 170 %-ni təşkil edir.

    28-i gün ərzində də yağıntının davam edəcəyi, bəzi yerlərdə intensiv xarakterli olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində gözlənilən güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma halları istisna olunmur. 29-u gündüz saatlarından yağıntılar tədricən kəsiləcək.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az