Bayram günlərində Naxçıvan Muxtar Respublikasında (MR) zəhərlənmə halları qeydə alınıb.
Manset.az-ın Report-a istinadən xəbərinə görə, Naxçıvan MR "Yoluxucu Xəstəliklər Mərkəzindən bildirilib ki, qeyd olunan dövrdə, ümumilikdə, 17 nəfər müxtəlif səbəblərdən zəhərlənmə diaqnozu ilə tibb müəssisəsinə müraciət edib.
Statistikaya əsasən zəhərlənmə hallarından 12-si qida zəhərlənməsi, 3-ü dərman maddələri ilə zəhərlənmə, 2-si isə alkoqol mənşəli zəhərlənmə olub.