Paytaxtın Xəzər rayonunda quyuda meyit tapılıb.
Manset.az Qafqazinfo-ya istinadın xəbər verir ki, hadisə ötən gün rayonun Zirə qəsəbəsində baş verib.
Belə ki, qəsəbə sakini 1975-ci il təvəllüdlü Cabbarzadə Sərvər Süleyman oğlunun üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı evin həyətindəki quyuda tapılıb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.