Maşınlardan oğurluq etdilər - Saxlanıldılar

16:43 - 29 Mart 2026

Maşınlardan oğurluq etdilər - Saxlanıldılar

Sabunçu rayonu ərazisində “BYD” markalı bir avtomobildən qızıl qolbaq və qulaqcığın oğurlanması barədə polisə müraciət daxil olub. Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 27 yaşlı E.Xəlilov müəyyən edilərək saxlanılıb.


Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Analoji hadisə Yasamal rayonunda da qeydə alınıb. “Toyota” markalı avtomobildən qulaqcıq və digər əşyalar oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 35 yaşlı Q.Sultanov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az