Sabunçuda yol qəzası - Ölən var

09:59 - 06 Aprel 2026

Sabunçuda yol qəzası - Ölən var

Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az xəbər verir ki, hadisə aprelin 5-də Zabrat-Kürdəxanı yolunda qeydə alınıb.

Belə ki, Ələkbərov Hacıağa Teyyub oğlunun idarə etdiyi “Ford Transit” markalı avtomobil Zabrat qəsəbəsindən Kürdəxanı istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyada - Kərimov Zülfi Heybət oğlunu vurub.

Nəticədə piyada hadisə yerində həyatını itirib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az