Qazaxda 3 nəfər dəm qazından zəhərləndi

22:58 - 12 Aprel 2026

Qazaxda 3 nəfər dəm qazından zəhərləndi

Qazaxda ikisi yeniyetmə olmaqla 3 nəfər dəm qazından zəhərlənib.


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Rayon sakinləri – 2007-ci il təvəllüdlü S.Bayramova, 2012-ci il təvəllüdlü M.Əhmədli və 2014-cü il təvəllüdlü F.Əhmədli zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onların evin vanna otağında dəm qazından zəhərləndiyi bildirilir.

Yaralılara tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu qeyd olunur, faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az