Bakıdakı yanğın söndürüldü  - VİDEO

16:50 - 15 Aprel 2026

Bakıdakı yanğın söndürüldü  - VİDEO

FHN hadisə ilə bağlı məlumat yayıb.


Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. 

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində taxta konstruksiyalardan ibarət hər mərtəbəsi 60kv.m. olan ikimərtəbəli yaşayış evinin ikinci mərtəbəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik evlərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində yaşayış evinin ikinci mərtəbəsinin yanar konstruksiyaları yanıb.

Evin birinci mərtəbəsi və bitişik evlər yanğından mühafizə olunub.

***

15:30

Paytaxtın Yasamal rayonu ərazisində güclü yanğın başlayıb.

Manset.az xəbər verir ki, Nəriman Nərimanov prospektinin yaxınlığında - “Sovetski” adlanan ərazidə açıq alovla müşayiət edilən yanğın müşahidə olunur.

Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib.

Əlavə məlumat veriləcək.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az