85 yaşlı kişini maşın vurub öldürdü

09:10 - 18 Aprel 2026

85 yaşlı kişini maşın vurub öldürdü

Neftçalada yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Kürqarabucaq kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1941-ci il təvəllüdlü Həsənov Vahid Nüsrət oğlu yolu keçərkən Surra kənd sakini, 1988-ci il təvəllüdlü Nağıyev Teymur Sərraf oğlunun idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili onu vurub.

Piyada aldığı ağır xəsarətlər nəticəsində xəstəxanaya aparılarkən həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az