Ağdam rayonunda minik avtomobilində yanğın hadisəsi baş verib.
Manset.az Trend-ə istinadən xəbər verir ki, hadisə ötən gecə rayonun Əhmədağalı kəndində qeydə alınıb. Kənd sakini Hüseynova Məruzə Sərxan qızına məxsus "Opel" markalı avtomobil qəfil alışaraq qısa müddətdə tamamilə yanıb.
Hadisə yerinə cəlb olunan FHN-in yanğınsöndürənləri alovun yaxınlıqdakı yaşayış evlərinə və digər tikililərə keçməsinin qarşısını alıblar.
Faktla bağlı araşdırma aparılır.