"28 May" stansiyasında qatar yoluna düşən sərnişin ÖLDÜ

21:14 - 21 Aprel 2026

\"28 May\" stansiyasında qatar yoluna düşən sərnişin ÖLDÜ

Bu gün saat 20:20 radələrində "28 May" stansiyasında sərnişin qatar yoluna düşüb.


Manset.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Bildirilib ki, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti əraziyə çağırılıb.

İlkin məlumata əsasən, həkimlərin səyinə baxmayaraq, sərnişinin həyatını xilas etmək olmayıb.

Yüksək gərginlik bərpa edildikdən sonra qatar sərnişinsiz yola salınıb və "Nərimanov" stansiyasından elektrik deposuna göndərilib.

Hadisə ilə bağlı intervaldan əlavə yubanmalar yaranıb.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az