Göygöldə 62 yaşlı qadın dəm qazından boğularaq ölüb.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Bəhrəmbağı qəsəbəsində qeydə alınıb.
Belə ki, evində tək yaşayan qəsəbə sakini, 1964-cü il təvəllüdlü İradə Allahverdiyeva hamam otağında dəm qazından boğularaq ölüb.
Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.