Gəncədə yük avtomobili yanıb.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin Sevil Qazıyeva küçəsində qeydə alınıb.
Belə ki, Elşən Cəfərova məxsus “Ford Transit” markalı yük avtomobilində yanğın baş verib.
Sürücü yanğını söndürməyə çalışarkən müxtəlif yanıq xəsarətləri alıb.
Hadisə yerinə Dövlət Ynağından Mühafizə İdarəsinin yanğın söndürənləri cəlb edilib və alov söndürülüb.
Maşın yararsız vəziyyətə düşüb.