“TikTok”da yayılması qadağan olunan təhqiredici ifadələr səsləndirən daha bir tiktoker məsuliyyətə cəlb olunub.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər görülüb və Fikrət İsayev saxlanılıb.
Toplanmış materiallar əsasında iş məhkəməyə göndərilib.
Məhkəmənin qərarına əsasən, o, inzibati qaydada həbs edilib.