Ağdamda yol qəzası baş verib, ölənlər və yaralananlar var.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun işğaldan azad edilmiş Xıdırlı kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobili qarşıdan gələn “Opel” markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Nəticədə 2 nəfər hadisə yerində ölüb, 4 nəfər isə ağır xəsarət alıb.
Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.