Sumqayıtda işləyən zaman halı pisləşən fəhlə dünyasını dəyişib.
Manset.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Qurd dərəsi bağları yaşayış massivində qeydə alınıb.
Belə ki, fəhlə işləyən zaman qəfildən halı pisləşib və hadisə yerindəcə həyatını itirib.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.