Mingəçevirdə qəza - Xəsarət alan var

23:00 - 03 May 2026

Mingəçevirdə qəza - Xəsarət alan var

Mingəçevirdə piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, qəza şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Hərəkətdə olan Məcid Xəlilovun idarə etdiyi “Toyota” markalı avtomobil yolu keçən 1955 təvəllüdlü Eldar Salmanlını vurub.

Nəticədə E. Salmanlı müxtəlif dərəcəli xəsarət alaraq Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az