Sumqayıtda yataqxanada YANĞIN - Sakinlər təxliyə edildi - VİDEO

18:49 - 07 May 2026

Sumqayıtda yataqxanada YANĞIN - Sakinlər təxliyə edildi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 42-ci məhəllədə yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub.


FHN Mətbuat xidmətindən Manset.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

    Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində elektrik lövhəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində 6 ədəd sayğac, 6 ədəd qoruyucu açar və 6p.m. elektrik naqili yanıb.

    Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub. Xəsarət alan olmayıb.

    Mənzillər və yataqxana binası yanğından mühafizə olunub.



    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az