Paytaxtın Pirşağı - "Koroğlu" metro stansiyası istiqamətindəki magistral yolda yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, qəza nəticəsində KIA markalı minik avtomobilinə ciddi zərər dəyib. Zərbənin gücündən nəqliyyat vasitəsinin ön hissəsi tamamilə dağılıb.
Hadisə ilə bağlı əraziyə yol polisi əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.