Bakıda şagirdin məktəbli yoldaşını bıçaqlamasının səbəbi məlum oldu - VİDEO

18:20 - 11 Yanvar 2022

Bakıda şagirdin məktəbli yoldaşını bıçaqlamasının səbəbi məlum oldu - VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün 162 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi, 17 yaşlı Həsənov sinif yoldaşı 18 yaşlı Fərhadov tərəfindən bıçaqlanıb. Hadisənin məktəbdən kənar ərazidə baş verdiyi və yeniyetmənin yeddi bıçaq zərbəsi aldığı bildirilir.

Manşet.az xəbər verir ki, Həsənov Fərhadovun valideynini təhqir edib. Nəticədə onlar arasında mübahisə yaranıb.

Hazırda 17 yaşlı yeniyetmə Mərkəzi Klinikadadır. Onun vəziyyətinin ağır-sabit olduğu bildirilir.

Son məlumata əsasən, yeniyetmə bu gün növbəti dəfə əməliyyat keçirib. Sinif yoldaşını bıçaqlamaqda təqsirli bilinən şagird isə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Qeyd edək ki, kəskin qanitirmədən vəziyyəti ağırlaşan yeniyetməyə polis əməkdaşları tərəfindən də qan verilib.

Ətraflı süjeti təqdim edirik:


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az