Abşeronda dəhşət: Qadın döyülərək öldürüldü, meyitinin GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO

19:14 - 11 Yanvar 2022

Abşeronda dəhşət: Qadın döyülərək öldürüldü, meyitinin GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO

Abşeron rayonunda qadın döyülərək qətlə yetirilib. 

Manşet.az oxu.az-a istinadən xəbər verir ki,  hadisə ötən gün baş verib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, yanvarın 10-da Abşeron rayonu Fatmayi kəndi ərazisində üzərində bıçaq xəsarətləri olan qadın meyiti tapılıb:

“Qadının şəxsiyyətinin müəyyən edilməsi istiqamətində Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə onun 34 yaşlı Cəlilabad rayon sakini Yenigül Rəhimli olması müəyyən edilib”.

Qeyd edilib ki, qətli törədənin tapılması istiqamətində əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az