Bakıda sərnişin avtobusu qəzaya uğradı - xəsarət alan var

21:32 - 11 Yanvar 2022

Bakıda sərnişin avtobusu qəzaya uğradı - xəsarət alan var

Yasamal rayonu Məhəmməd Xiyabani küçesində “Kral-Transport” MMC-nin müvəqqəti istismarında olan 39 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə Manşet.az BNA-ya istinadən xəbər verir.

Daşıyıcının verdiyi məlumata görə hadisə “Ətçilər bazarı” adlanan ərazidə baş verib. 99 JZ 710 DQN-li avtobus svetofordan keçən zaman qırmızı işıqdan keçən Toyota Prius markalı minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində avtobusda olan sərnişinlərdən heç kim xəsarət almayıb. Minik avtomobilin sürücüsünün yüngül xəsarət aldığı bildirilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az