Göygöl rayonunda dəm qazından zəhərlənmə hadisəsi olub.
Manşet.az report-a istinadən xəbər verir ki, rayonun Üçtəpə kəndində qeydə alınıb.
Kənd sakini, 1964-cü il təvəllüdlü G.Məmmədova yaşadığı evdə dəm qazından zəhərlənib. O, xəstəxanaya aparılıb, vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.