logo
logo logo
logo

Azərbaycanda AĞIR QƏZA - Ölən var - FOTO

20:17 - 25 İyun 2026

Azərbaycanda AĞIR QƏZA - Ölən var - FOTO

Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az Qafqazonfo-ya istinadən xəbər verir ki, hadisə rayon Qarağac kəndində qeydə alınıb.

Belə ki, rayon sakini Bəyanət İbadovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə İmişli sakini Rəvanə Nəsirlinin idarə etdiyi “Nissan” markalı avtomobil toqquşub.

Qəzada “VAZ-2107”nin sürücüsü ölüb, sərnişini, Sabirabad sakini, 1987-ci il təvəllüdlü Arif Paşayev və  “Nissan”nın sürücüsü, onun övladı, 2016-cı il təvəllüdlü R.Nəsirli və 1991-ci il təvəllüdlü Ülviyyə Azadova xəsarət alıblar.

Yaralılar rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az