Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza zamanı 1 nəfər xəstəxanaya aparılarkən yolda ölüb, bir neçə nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır