Yerli vaxtla saat 20:56-da Quba rayonunda 4,9 maqnitudalı zəlzələ qeydə alınıb.
Manset.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib.
***
21:04
Azərbaycanda zəlzələ qeydə alınıb.
Manset.az-ın məlumatına görə, yeraltı təkanların maqnitudası 4,4 olub.
Zəlzələ Quba ərazisində hiss olunub.
Hazırda hadisə ilə bağlı məlumat dəqiqləşdirilir.