logo
logo logo
logo

Azərbaycanda ağır yol qəzası - Ölən və yaralananlar var

09:15 - 06 Sentyabr 2026

Azərbaycanda ağır yol qəzası - Ölən və yaralananlar var

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


    Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə sentyabrın 6-da saat 00:20 radələrində Quba-Xaçmaz yolunun rayonun Barlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

    Quba rayon sakini, 24 yaşlı Seyfəlmülk Telman oğlu Eldarov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı ağaca çırpılaraq aşıb.

    Qəza zamanı sürücü və sərnişin, 26 yaşlı Roman Eynulla oğlu Ramazanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

    Avtomobildə olan digər sərnişin, 26 yaşlı Sənan Samir oğlu Ramazanov isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Faktla bağlı araşdırma aparılır.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az