Hacıqabulda qadın avtobusun altına düşərək ÖLDÜ

19:48 - 20 Yanvar 2022

Hacıqabulda qadın avtobusun altına düşərək ÖLDÜ

Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib.

Manşet.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Yolda quraşdırılan dəmir səddin üzərindən keçmək istəyən qadın Bakı-Mingəçevir marşrutu üzrə işləyən iri tutumlu avtobusun altına düşərək hadisə yerində ölüb. Onun şəxsiyyəti aydınlaşdırılır.

Faktla bağlı araşdırma aparılır.

APA


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az