Avtomobil ana və azyaşlı övladlarını vurdu - 7 yaşlı uşaq öldü

08:35 - 23 Yanvar 2022

Avtomobil ana və azyaşlı övladlarını vurdu - 7 yaşlı uşaq öldü

Bakıda avtomobil ana və övladlarını vurub, uşaqlardan biri ölüb.

Manset.az report-a istinadən xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb. Avtomobil 1992-ci il təvəllüdlü Əliyeva Bahar Fəxrəddin qızını, onun azyaşlı övladları - 2015-ci il təvəllüdlü Əliyev Əli Zaman oğlunu və 2017-ci il təvəllüdlü Əliyev Fərid Zaman oğlunu vurub. Hadisə zamanı 7 yaşlı Əli Əliyev dünyasını dəyişib. Bahar Əliyeva və Fərid Əliyev təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

F.Əliyevin vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az