Zaqatalada 10 yaşlı qızı it dişləyib.
Manşet.az xəbər verir ki, bu gün rayonun Bəhmətli kənd sakini, 2012-ci il təvəllüdlü Duyğu Əsgərli it dişləməsi diaqnozu ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Xəstəxanada azyaşlıya lazımi tibbi yardım göstərilib və quduzluğa qarşı peyvənd olunub.
(Qafqazinfo)