logo
logo logo
logo

Ağcabədidə kişi çörək bıçağına görə arvadını DÖYDÜ

22:34 - 17 Oktyabr 2026

Ağcabədidə kişi çörək bıçağına görə arvadını DÖYDÜ

Ağcabədidə kişi arvadını döyüb.


Manset.az Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərinin birində qeydə alınıb.

Kənd sakini 36 yaşlı Arif Mustafayev (şərti adla) yaşadıqları evin həyətində arvadını taxta parçası ilə döyüb. Buna səbəb isə arvadının çörək kəsdikləri bıçağı həyətdəki tualetin yanına, mişar daşının üstünə qoyması olub. Arifin sözlərinə görə, bunu qadına irad bildirərək, götürməsini deyəndə, arvadı kobud cavab verib. Nəticədə o əsəbiləşərək, taxta parçası ilə arvadının qoluna zərbə vuraraq, xəsarət yetirib.

Zərərçəkənin şikayəti əsasında A. Mustafayev polis tərəfindən saxlanılıb və barəsində cinayət işi açılıb.

3 uşaq atası olan Arif ifadəsində dəymiş zərəri ödədiyini və zərərçəkənlə barışdığını deyib. Qadın da həmçinin ərinə qarşı şikayət və tələbinin olmadığını bildirib.

Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və A. Mustafayev məsuliyyətdən azad olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az