Salyanda iki qadın dəm qazından ZƏHƏRLƏNDİ

20:13 - 26 Yanvar 2022

Salyanda iki qadın dəm qazından ZƏHƏRLƏNDİ

Salyan sakinləri dəm qazından zəhərlənib.

Manşet.az xəbər verir ki, hadisə rayonun “MTS” adlanan yaşayış massivində qeydə alınıb.

Belə ki, həmin massivdə yaşayan, 1952-ci il təvəllüdlü Qasımova Sevil Əliağa qızı və 1968-ci il təvəllüdlü Sadıqova Sevinc Əlihüseyn qızı evdə dəm qazından zəhərlənib.

Hər iki qadın Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az