Bakıda “Mitsubishi” piyadanı vuraraq öldürdü

12:32 - 27 Yanvar 2022

Bakıda “Mitsubishi” piyadanı vuraraq öldürdü

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 26-sı saat 07 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində paytaxt sakini V.Zeynalov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən paytaxt sakini Teymur Verdiyevi vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az