“Azərişığ”ın əməkdaşını "tok" vurub öldürdü

09:18 - 28 Yanvar 2022

“Azərişığ”ın əməkdaşını \"tok\" vurub öldürdü

Salyan Rayon Prokurorluğu “Azərişıq” ASC-nin əməkdaşının ölümü ilə bağlı məlumat yayıb.

Prokurorluqdan Manset.az-a daxil olan məlumatda deyilir:

"Yanvarın 27-i saat 13 radələrində Salyan rayon sakini, 1987-ci il təvəllüdlü Namus Miriyevin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla müəyyən edilib ki, “Azərişıq” ASC-nin Şirvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin Salyan elektrik şəbəkəsinin Qaraçala şəbəkə sahəsində elektrik montyoru işləyən Namus Miriyev rayonun 1-ci Varlı kəndində elektrik naqilini təmir edərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

Hazırda faktla bağlı Salyan rayon prokurorluğunda araşdırma aparılır".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az