Səbaildə sərnişin avtobusu 14 yaşlı qızı vurdu

10:02 - 30 Yanvar 2022

Səbaildə sərnişin avtobusu 14 yaşlı qızı vurdu

Bakıda sərnişin avtobusu 14 yaşlı yeniyetməni vuraraq xəsarət yetirib.

Manset.az report-a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb. 125 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusu yolu keçən 2008-ci il təvəllüdlü Orucova Samiyyə Emin qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az