Bakıda gecə dirəyə çırpılan “Hyundai"da ölən polis əməkdaşı imiş - FOTOLAR

14:13 - 30 Yanvar 2022

Bakıda gecə dirəyə çırpılan “Hyundai\"da ölən polis əməkdaşı imiş - FOTOLAR

Xəbər verdiyimiz kimi Xəzər rayonunda “Hyundai” markalı minik avtomobilinin işıq dirəyinə çırpılması nəticəsində 1996-cı il təvəllüdlü Əliyev Əli Fazil oğlu dünyasını dəyişib. Hadisə yerinə cəlb olunan FHN-nin Xususi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan meyiti deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Manset.az-ın əldə etdiyi məlumata görə, ağır yol qəzasında dünyasını dəyişən Ə.Əliyev Çevik Polis Alayının (ÇPA) əməkdaşı, polis serjantı olub.


 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az