Salyanda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi

17:38 - 30 Yanvar 2022

Salyanda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi

Salyanda yaşayış binasında yanğın olub.

Bu barədə Manset.az-a Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzilin mətbəxində 1 ədəd paltaryuyan maşın və mebel 0,5 m² sahədə yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş mənzillərdən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az