Abşeronda qəza - ölən var

21:26 - 31 Yanvar 2022

Abşeronda qəza - ölən var

Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Manşet.az xəbər verir ki, qəza rayonun Saray qəsəbəsində qeydə alınıb.
Belə ki, yolu keçmək istəyən 1961-ci il təvəllüdlü Babayeva Bibixanım Valeh qızını avtomobil vurub.

61 yaşlı qadın aldığı xəsarətlərdən dünyasını dəyişib. Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az