Yevlaxda qadın narkotik satışına görə saxlanıldı

18:49 - 01 Fevral 2022

Yevlaxda qadın narkotik satışına görə saxlanıldı

Yevlax rayon sakinindən narkotik vasitələr aşkar edilərək götürülüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Manşet.az-a məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Həmidə Dərvişova saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman müxtəlif bükümlərdə
qablaşdırılmış metamfetamin, heroin və tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə H.Dərvişova barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az