Daha bir hərbçimiz VƏFAT ETDİ - Rəhbər şəxslər hadisə yerinə GETDİ

14:35 - 03 Fevral 2022

Daha bir hərbçimiz VƏFAT ETDİ - Rəhbər şəxslər hadisə yerinə GETDİ

Fevral ayının 3-də Dövlət Sərhəd Xidmətinin (DSX) Yevlax şəhərində yerləşən hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu çavuş Nabatəlizadə Ceyhun Şahin oğlu qeyri-döyüş şəraitində vəfat edib.

 

Bu barədə Manset.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Dövlət Sərhəd Xidmətinin rəhbər vəzifəli şəxsləri hadisə yerinə ezam olunublar. Hadisə ilə əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az