Bakı-Sumqayıt qatarında oğurluq edən şəxs saxlanıldı - VİDEO

16:04 - 05 Fevral 2022

Bakı-Sumqayıt qatarında oğurluq edən şəxs saxlanıldı - VİDEO

Bakı-Sumqayıt sürət qatarından oğurluq edən şəxs saxlanılıb.

Manşet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, DİN NBPİ-nin Biləcəri Xətt Polis Şöbəsinə yanvarın 28-də Bakı-Sumqayıt sürət qatarında Abşeron rayon sakini M.Mirəhmədova məxsus içərisində notbuk, mobil telefon, elektrik qidalandırıcısı və 3 ədəd telefon nömrəsi olan çantanın oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Ş.Dənziyev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Həmin oğurluğun görüntülərini təqdim edirik:
 

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az