Sabirabadda qaz xəttinə çırpılan avtomobil yandı

23:12 - 05 Fevral 2022

Sabirabadda qaz xəttinə çırpılan avtomobil yandı

Sabirabadda qaz xəttinə çırpılan avtomobil yanıb.

Bu barədə Manset.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Belə ki, rayonun Şəhriyar kəndində "Nissan" markalı minik avtomobili yol kənarında qaz xəttinə çırpılıb. Nəticədə minik avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az