Xocavənddə Dövlət Agentliyinin avtobusu qəzaya düşdü - Xəsarət alanlar var

23:59 - 06 Fevral 2022

Xocavənddə Dövlət Agentliyinin avtobusu qəzaya düşdü - Xəsarət alanlar var

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobus qəzaya uğrayıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Manset.az-a verilən məlumata görə, qəza axşam saatlarında Xocavənd rayonu ərazisində baş verib.

Hadisə nəticəsində axşam növbəsinə gedən işçilərdən bir neçəsi xəsarət alıb.

Qəzanın başvermə səbəbləri və digər təfərrüatlar barədə daha ətraflı məlumat veriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az