Xocavənddə avtobus qəzasında 21 nəfər xəsarət aldı - 16-sı Bakıya gətirildi

10:45 - 07 Fevral 2022

Xocavənddə avtobus qəzasında 21 nəfər xəsarət aldı - 16-sı Bakıya gətirildi

Ötən gün Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobusun qəzaya düşməsi nəticəsində xəsarət alanların sayı açıqlanıb.

Füzuli Rayon Mərkəzi Xəstəxanasından (RMX) Manset.az-a verilən məlumata görə, ilkin tibbi yardımdan sonra 16 nəfər Bakı Sağlamlıq Mərkəzinə təxliyə edilib.

Bundan başqa, Füzuli RMX-də olan 5 nəfərin vəziyyəti stabildir, həkim nəzarətindədirlər.

Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaydığı məlumatda qəzanın axşam saatlarında Xocavənd rayonu ərazisində baş verdiyi bildirilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az