Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Əfqan Abdurahmanovun atası Ağəsəf Abdurrahmanov vəfat edib.
Manset.az Qafqazinfo-ya istinadın xəbər verir ki, bu barədə məlumatı ailənin yaxınları verib.
Məlumata görə, şəhid atası 71 yaşında dünyasını dəyişib.
Mərhum Qəbələnin Əmirvan kəndində torpağa tapşırılıb.
Allah rəhmət eləsin!