AzTV-nin əməkdaşı vəfat etdi FOTO

16:05 - 09 Fevral 2022

AzTV-nin əməkdaşı vəfat etdi FOTO

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin qocaman əməkdaşlarından biri - Ələkbərov Habil Əlibala oğlu bu gün vəfat edib.

Manset.az AzTV-ə istinadən xəbər verir ki, Beynəlxalq Radionun proqram direktorunun müavini 69 yaşında dünyasını dəyişib.

H.Ələkbərov 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.

1989-cu ildən Respublika Radiosunda çalışıb. Radionun təbliği baş redaksiyasının kommentatoru (şərhçisi) vəzifəsinə işə qəbul edilib.

İctimai-siyasi proqramlar redaksiyasında uzun müddət işləyib və bu sahədə böyük xidmətləri olub.

2009-ci ildən Beynəlxalq Radioda işə başlayıb və proqram direktorunun müavini vəzifəsini sonadək icra edib.

Cənubi Azərbaycandan hazırlanan verilişlərə rəhbərlik edib və müəllifi olduğu “Vətən” verilişinin həm də aparıcısı olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az