Bakıda parklardan fontan və elektrik avadanlıqları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Manset.az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs əvvəllər məhkum edilmiş Balakən rayon sakini Rəşad Qurbanovdur.
O, diqqət çəkməmək üçün əməllərini uşaq arabasından istifadə edərək törədirmiş. O, ifadəsində törətdiyi oğurluq hadisəsini etiraf edib. Bölmədə əlavə araşdırma aparılan zaman onun paytaxtın müxtəlif rayonlarında yerləşən parklarından da elektrik avadanlıqları oğurladığı müəyyən edilib.
Faktlarla bağlı saxlanılan şəxs barəsində 9-cu Polis Bölməsində toplanan materiallar Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
Qafqazinfo