Çexiyada sürücünün idarəetməni itirməsi nəticəsində ağır yol nəqliyyat hadisəsi baş verib.
Manset.az xəbər verir ki, çevrilən avtomobil yolüstü piyadaya da çırpılıb.
İnsident nəticəsində qadın piyada ağır kəllə-beyin travması alıb.
Sürücünün isə qəzanı yüngül xəsarətlə atlatdığı bildirilir.
Hadisə ərazidə olan təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.