Restoran yanaraq yararsız hala düşdü

09:40 - 12 Fevral 2022

Restoran yanaraq yararsız hala düşdü

Yevlaxda restoranda yanğın hadisəsi baş verib.

 

Manset.az xəbər verir ki, hadisə gecə saat 03 radələrində rayonun Aran qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini 1980-ci il təvəllüdlü Bayramov Uğur Fabir oğluna məxsus “Zeytun” adlı restoranda yanğın hadisəsi olub. Hadisənin qısaqapanma nəticəsində baş verdiyi bildirilir. Restoran yanaraq yararsız hala düşüb. Yanğın zamanı xəsarət alan olmayıb. 

Fakta bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az