Gəncədə kişini elektrik cərəyanı vurdu - YENİLƏNİB

12:46 - 12 Fevral 2022

Gəncədə kişini elektrik cərəyanı vurdu - YENİLƏNİB

Fevralın 11-i saat 17:00 radələrində Gəncə şəhər sakini, “Azavqrup” işıqlandırma şirkətində fəhlə işləyən 1992-ci il təvəllüdlü Röyal Əliyevin ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

 

Manset.az-ın məlumatına görə, Gəncə Şəhər Prokurorluğunda aparılan araşdırmalarla müəyyən edilib ki, Röyal Əliyev şəhərin işıqlandırılması üçün nəzərdə tutulmuş küçə işığının lampasını dəyişərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

10:36

Gəncə şəhərində 30 yaşlı şəxs ölüb.

Manset.az-ın məlumatına görə, 1992-cı il təvəllüdlü, Gəncə şəhər sakini  Röyal Əliyev şəhərin Abbas Səhhət küçəsində işıq dirəyində baş vermiş nasazlığı aradan qaldıran zaman ehtiyatsızlıqdan yüksək gərginlikli cərəyanın vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az